Logotype

1933-cü ildən çıxır

Xəbərlər

Dünyaya pəncərə

01.05.2018

Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev aprelin 16-da insanların xilası üçün öz həyatlarını riskə atan şəxsləri təltif edib. Onların arasında azərbaycanlı da olub. Polis polkovniki Aydın Qəmbərov həmin gün iş başında olmasa da, məktəblinin suya düşməsini eşidəndə dərhal hadisə yerinə gedib. “Bir oğlan suya düşmüşdü, mən üzü üstə uzandım, tanışım kömək edirdi. Polis olduğum üçün həmişə insanlara kömək etməyi özümə borc bilirəm”, - Aydın Qəmbərov deyib.

Təlim keçirilir

01.05.2018

Bu günlərdə Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində Bakı Şəhər Baş Polis İdarəsinin, ərazi polis orqanlarının və Metropolitenin Mühafizəsi üzrə Polis Şöbəsi əməkdaşlarının birgə təlim toplantısı keçirilib. İl ərzində davam edəcək təlim müddətində İdman Cəmiyyətinin təcrübəli əməkdaşları fiziki hazırlıq məşğələlərinin səmərəsinin artırılması üçün məsləhətlər verəcəklər.

Süni intellekt

30.04.2018

«Süni intellekt sistemləri 10-15 il sonra insanı əvəz edəcək». Bunu Qabaqcıl Tədqiqatlar Fondunun informasiya araşdırmaları istiqamətinin direktoru Serqey Qarbuk bildirib. “Alim artıq məsələlərin həllinin effektivliyi üzrə insandan geri qalmayan süni intellekt sistemlərinin (məsələn, sifətin və insan səsinin tanınması) yaradıldığını söyləyib.

Sağlam olaq, qələbə qazanaq!

29.04.2018

DİN-in Baş Mühafizə İdarəsinin və Nərimanov Rayon Mühafizə İdarəsinin təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək” şüarı altında baş idarənin idman kompleksində uşaqlar, yeniyetmələr və gənclər arasında əlbəyaxa döyüş növləri üzrə respublika çempionatı keçirilib.

70-in sevinci və kədəri…

28.04.2018

Adını veteranlarla bağlı keçirilən tədbirlərin birində eşitdim. “Köhnə rəislərdəndir”,- dedilər. Düzü, soyadı daha çox diqqətimi çəkdi: “Şahkərəmov”. Sonradan onu tanıyanlardan, bilənlərdən soraqlaşdım. Bu dəfə “köhnə kişilərdəndir” cavabını eşitdim. Telefon nömrəsini tapdım. Görəsən, yaxın vaxtlarda onunla mətbuat nümayəndələrindən kimsə hal-əhval tutubmu, haqqında nəsə yazıblarmı?

Dünyanin gözü yenə bakida

27.04.2018

FORMULA 1 AZƏRBAYCAN QRAN-PRİSİNDƏ Azarkeşlərə gecələmə imkanı Möhtəşəm yarış həyəcanının üçüncü dəfə Bakıya qayıtması ilə hadisələrin mərkəzində yer alan “Hilton Baku” ənənəsini davam etdirir. Yarışın texniki təftiş marşalları oteldə yeni istifadəyə verilmiş “McLaren”in otağında yaradılan şəraitlə tanış olublar.

DAXİLİ İŞLƏR ORQANLARI ƏMƏKDAŞLARININ NƏZƏRİNƏ!

26.04.2018

Azərbaycan Respublikası daxili işlər orqanları əməkdaşlarının mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Nərimanov rayonu, 2036-cı məhəllədə (Ziya Bünyadov prospektində, «Koroğlu» metrostansiyasının yaxınlığında) kooperativ yolu ilə tikilən 13 mərtəbəli yaşayış binasında ilkin ödəniş 50 faiz olmaqla, 1 il müddətinə 1 kvadratmetri heç bir faiz tutulmadan 900 manata1,2,3,4, otaqlı mənzillər təklif edilir.

Azərbaycan Polisinin 100 illik yubileyi

23.04.2018

DİN-in əmri ilə Azərbaycan Polisinin 100 illik yubileyi ilə əlaqədar martın 15-dən aprelin 30-dək daxili işlər orqanlarının əməkdaşları arasında «Ən yaxşı polis sahə inspektoru», «Ən yaxşı polis sahə rəisi», «Ən yaxşı əməliyyat müvəkkili», «Ən yaxşı təhqiqatçı», «Ən yaxşı müstəntiq», «Ən yaxşı tağım komandiri», «Ən yaxşı polis nəfəri» müsabiqəsi keçirilir.

İLİN İLK 3 AYINDA…

21.04.2018

Baş İctimai Təhlükəsizlik İdarəsi və şəhər, rayon polis orqanları tərəfindən qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə respublikanın şəhər və rayonlarında mütəmadi tədbirlər həyata keçirir.

BU SAHƏYƏ DƏ CİDDİ DİQQƏT YETİRİLİR

19.04.2018

Daxili İşlər Nazirliyi rəhbərliyinin tapşırığı ilə ölkəmizin şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər davam etdirilir.

Hisslərini belə ifadə edirlər...

18.04.2018

Günü-gündən dəyişən dünyamızda xilaskarlıq missiyasını da layiqincə yerinə yetirən polislərimizə hər gün, hər an daha çox ehtiyac duyuruq. Sabitliyin hökm sürdüyü ölkəmizdə polisin fəaliyyətini soydaşlarımızla yanaşı, ölkəmizə gələn turistlər, burada çalışan əcnəbilər də təqdir edirlər.

Qazaxdan gelirik...

16.04.2018

Yayın qızmarında, qışın şaxtasında da cinayət hadisələrinə dərhal reaksiya vermək, hüquqazidd əməlləri törədən şəxlərin yerindəcə zərərsizləşdirilməsi onların ən ümdə vəzifəsidir. Elə dara düşəndə də ilk dada çatan da onlardılar.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər