Logotype

1933-cü ildən çıxır

Xəbərlər

27.04.2018

Dünyanin gözü yenə bakida

FORMULA 1 AZƏRBAYCAN QRAN-PRİSİNDƏ
Azarkeşlərə gecələmə imkanı
Möhtəşəm yarış həyəcanının üçüncü dəfə Bakıya qayıtması ilə hadisələrin mərkəzində yer alan “Hilton Baku” ənənəsini davam etdirir. Yarışın texniki təftiş marşalları oteldə yeni istifadəyə verilmiş “McLaren”in otağında yaradılan şəraitlə tanış olublar.

2005-ci ildən etibarən, “McLaren” komandasının tərəfdaşı olan bu otel iştirakçı komandaya “ikinci ev” kimi xidmət göstərir. Təsadüfi deyil ki, 60-ı yarışların keçirildiyi 17 ölkədə olmaqla ümumilikdə 5200-dən artıq oteldən ibarət şəbəkəsi olan “Hilton” ilə “McLaren” arasında əməkdaşlıq gündən-günə güclənir.
Ötənilki uğurun davamı olaraq, “Hilton Baku” bu il də komanda ilə birgə “McLaren” dizaynlı otaq hazırlayıb. Otağın tərzi “McLaren”in pilotları – Stoffel Vandorndan və ikiqat dünya çempionu Fernando Alonsodan ilhamlanaraq yaradılıb. Otaqdan Bakıya və təqvimdəki ən sürətli şəhər trekinə mənzərə açılır.
Bəzədilməsində istifadə olunan dəyərli xatirə əşyaları isə birbaşa “McLaren” komandasının Böyük Britaniyadakı mənzil-qərargahından gətirilib. Bura komandanın yeni rəngləri və dizaynını özündə əks etdirən pilot geyimləri və dəbilqələr, “Pirelli” yarış təkərləri və sükan, bir sözlə, çox az sayda insanın yaxından görə bildiyi, daha azının isə toxuna bildiyi əşyalar aiddir.

“McLaren”in otağı 73 milyondan çox üzvü olan “Hilton Honors” loyallıq proqramının rəsmi internet səhifəsində hərraca çıxarılıb. Qonaqlardan biri 110 min xallıq ən yüksək təklifi edərək bu unikal otağı icarəyə götürüb.
Qaliblər yarış günlərində həm bu xüsusi dizaynlı otaqdan, həm də pəncərədən Bakı şəhər halqasına açılan möhtəşəm mənzərədən zövq ala biləcəklər.
İlk dəfə bakıda starta çıxacaq

Sergey Sirotkin Formula 1-in pilotu kimi ilk dəfə Azərbaycan Qran-Prisində starta çıxacaq. Lakin o, artıq burada GP2 və Formula 2-də dörd yürüş keçirib. 2016-cı ildə o, podiuma iki dəfə qalxıb, 2017-ci ildə isə travma almış Aleksandr Elbonu bir mərhələdə əvəz edərək finişə 10-cu və 4-cü çatıb.
S.Sirotkin Bakı trasının özünəməxsusluğundan danışaraq deyib: “Bu trasda istənilən səhv ya toqquşmaya, ya ciddi vaxt və mövqe itkisinə gətirib-çıxarar. Ona görə də burada nəzəri maksimuma çatmağa can atmamaq, lakin trasda konkret şəraitdə maksimum nəticəyə nail olmaq daha vacibdir. Kim özünə arxayındırsa, dövrə-dövrə yeni rezervlər axtara bilər.

Hamar örtük səbəbindən yürüş vaxtı ön təkərlərin, yaxud əyləcin qızması ilə bağlı çətinlik yaran, habelə arxa təkərlərin həddən artıq qızması nəticəsində mikrosürüşmələr və sürətdə çoxsaylı artıb-azalma baş verə bilər”.

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər