Logotype

1933-cü ildən çıxır

Mətbuat Xidməti

Daxili işlər orqanlarının fəaliyyətində şəffaflığın və aşkarlığın təmin edilməsi məqsədilə cinayətkarlıqla mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin, insan hüquqlarının təmin edilməsi məsələlərinə dair əhalinin məlumatlandırılmasını və bu işin mütəmadi olaraq dövrü mətbuatda işıqlandırılmasını, kütləvi informasiya vasitələri və ictimaiyyətlə qarşılıqlı əlaqələrin təşkil edilməsini, təbliğat vasitələrindən geniş istifadə olunmasını həyata keçirən müstəqil struktur hissədir.
1993-cü ilin noyabrında Nazirlikdə müstəqil şöbə kimi fəaliyyətə başlamışdır.

İdarə daxili işlər orqanlarının fəaliyyəti, fövqəladə hadisələr, DİN tərəfindən həyata keçirilən mühüm tədbirlər haqqında KİV-ə operativ informasiyalar, Daxili İşlər Nazirliyi adından bəyanatlar verir, rəsmi məlumatlarla çıxış edir. DİN-in strukturunda olan kütləvi informasiya vasitələrinin (“Polis”, "Əsgər" qəzetlərinin və "Asayişin keşiyində", jurnalının), eləcə də DİN sistemində təbliğat-təşviqat funksiyasını həyata keçirən digər xidmətlərin yaradıcılıq fəaliyyətini əlaqələndirir, ölkə və xarici KİV nümayəndələri ilə DİN rəhbərliyinin, ayrı-ayrı strukturların təmsilçilərinin görüşlərini təşkil edir, mətbuat konfransları, brifinqlər keçirir.

Ünvan: Bakı şəhəri, Azərbaycan prospekti 7.
Əlaqə telefonları:  (+99412) 590-95-69
                                (+99412) 590-98-10
                                (+99412) 590-93-92

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər