23.04.2018
DİN-in əmri ilə Azərbaycan Polisinin 100 illik yubileyi ilə əlaqədar martın 15-dən aprelin 30-dək daxili işlər orqanlarının əməkdaşları arasında «Ən yaxşı polis sahə inspektoru», «Ən yaxşı polis sahə rəisi», «Ən yaxşı əməliyyat müvəkkili», «Ən yaxşı təhqiqatçı», «Ən yaxşı müstəntiq», «Ən yaxşı tağım komandiri», «Ən yaxşı polis nəfəri» müsabiqəsi keçirilir.
21.04.2018
Baş İctimai Təhlükəsizlik İdarəsi və şəhər, rayon polis orqanları tərəfindən qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə respublikanın şəhər və rayonlarında mütəmadi tədbirlər həyata keçirir.
19.04.2018
Daxili İşlər Nazirliyi rəhbərliyinin tapşırığı ilə ölkəmizin şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər davam etdirilir.
18.04.2018
Günü-gündən dəyişən dünyamızda xilaskarlıq missiyasını da layiqincə yerinə yetirən polislərimizə hər gün, hər an daha çox ehtiyac duyuruq. Sabitliyin hökm sürdüyü ölkəmizdə polisin fəaliyyətini soydaşlarımızla yanaşı, ölkəmizə gələn turistlər, burada çalışan əcnəbilər də təqdir edirlər.
16.04.2018
Yayın qızmarında, qışın şaxtasında da cinayət hadisələrinə dərhal reaksiya vermək, hüquqazidd əməlləri törədən şəxlərin yerindəcə zərərsizləşdirilməsi onların ən ümdə vəzifəsidir. Elə dara düşəndə də ilk dada çatan da onlardılar.
16.04.2018
Azərbaycan Respublikası Daxili İşlər orqanları əməkdaşlarının mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Nərimanov rayonu, 2036-ci məhəllədə (Ziya Bünyadov prospektində, «Koroğlu» metrostansiyasının yaxınlığında) kooperativ yolu ilə tikilən 13 mərtəbəli yaşayış binasında ilkin odəniş 50 faiz obmaqla, 1 il müddətinə 3, 4 otaqlı mənzillər təklif edilir.