Logotype

1933-cü ildən çıxır

Xəbərlər

21.04.2019

Bakidan dünyaya qlobal tərəfdaşliq çağirişi

Aprelin 15-də Bakıda Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının və Amerika Birləşmiş Ştatlarının Ədliyyə Departamentinin Narkotiklərlə Mübarizə Administrasiyasının birgə təşkilatçılığı ilə Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfrans (IDEC) işə başlayıb.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin fəal iştirakı ilə təşkil edilən, “Qlobal tərəfdaşlıqların səfərbər edilməsi” mövzusuna həsr olunan Bakı konfransının məqsədi narkotiklərin qanunsuz dövriyyəsinə qarşı qlobal mübarizəyə cəlb olunmuş yüksək vəzifəli rəsmiləri bir araya gətirmək, bu bəşəri problemin həlli yollarını müzakirə etmək, fikir və qabaqcıl təcrübə mübadiləsi aparmaq idi.
Dünyanın 115 ölkəsindən 432 nümayəndənin qatıldığı beynəlxalq konfrans narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı mövcud olan müasir mübarizə üsullarından mütəxəssislərin bəhrələnməsinə şərait yaradacaq.
Konfransın açılış mərasimində əvvəlcə fəxri qarovul dəstəsi tərəfindən Amerika Birləşmiş Ştatlarının və Azərbaycan Respublikasının dövlət bayraqları salona gətirilib.
Sonra narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə həlak olan şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra ABŞ-ın və Azərbaycanın dövlət himnləri səsləndirilib.
Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov beynəlxalq konfransda çıxış edib.
Konfransda Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənovun, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin, ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqerin çıxışları dinlənilib.
Aprelin 17-də də davam edən Bakı konfransında narkotiklərlə mübarizə üzrə müzakirələr aparılıb, Azərbaycan paytaxtından dünyaya yeni mesajlar verilib.

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər