Logotype

1933-cü ildən çıxır

Xəbərlər

05.04.2024

Torpaq qorunanda Vətən olur Səngərdə sipər olanlar bu gün sıramızdadır

Vətən müharibəsində düşmənə qan udduran oğulların bir arzusu, bir amalı vardı-torpaqlarımızı işğaldan azad etmək. Gücümüzü birliyimizdən alaraq 30 ilin tilsimini sındırıb bütöv Vətəni bağrımıza basdıq.

Bütün suallara cavab Şuşada dalğalanan üçrəngli bayrağımız oldu. Dövlətimizin rəsmi şəkildə qəbul olunmuş paytaxtı Bakı olsa da, ruhumuzun mənəvi paytaxtı Xankəndi idi. Ona qovuşmağı xəyal edirdik, arzulayırdıq. Sən demə, bu arzuları, xəyalları gerçəyə çevirmək üçün cəmi 23 saat lazım imiş. Yurd nisgilimizə son qoyan oğulları tanımaq, tanıtdırmaq isə həm borcumuzdur, həm də vəzifəmiz. Onlardan biri də dünən səngərdə Vətənə sipər olan, bu gün isə sıralarımızda xidmət edən Bakı Metropolitenində Polis İdarəsinin polis nəfəri Kərimov Kamil Kamran oğludur. O, 2002-ci il aprelin 14-də Bakıda doğulub. Xətai rayonundakı şəhid Allahverdi Xəlilov adına 263 nömrəli tam orta məktəbdə təhsil aldıqdan sonra 2020-ci ilin aprelində həqiqi hərbi xidmətə yollanıb. Həmin il sentyabrın 27-də başlayan Vətən müharibəsində Cəbrayılın, Xocavəndin, Hadrutun düşməndən azad edilməsində iştirak edib.

K.Kərimov Vətən müharibəsindən qayıtdıqdan sonra dövlətimizin sütunlarından biri olan daxili işlər orqanlarında xidmək etmək arzusuyla DİN rəhbərliyinə müraciət edib. Müraciəti müsbət həllini tapıb və müvafiq seçim turundan sonra sıralarımıza qəbul edilib.

O, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən uğrunda” medallarıyla təltif olunub.

Ruhiyyə Əliyeva
polis kapitanı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər