Logotype

1933-cü ildən çıxır

Xəbərlər

24.03.2024

Şəhid oğulların ocağında

Ənənəsinə sadiq qalan Azərbaycan Polisi yazın gəlişinin carçısı olan Novruz bayramını bu il də şəhid, qazi ailələri ilə birlikdə qeyd edib.
Ölkəmizi əhatə edən görüşlərdə Zəfər salnaməmizi yazan oğulların qəhrəmanlığından söhbət açılıb, onların yarım qalan, lakin hər bir gəncə örnək olan ömür yolunun, xatirələrinin heç vaxt unudulmayacağı vurğulanıb.
Qeyd olunub ki, bu gün ərazi bütövlüyünü tam bərpa edən, suverenliyinə qovuşan ölkəmizdə şəhid, qazi ailələri dövlətin diqqət və qayğısı ilə əhatə olunub, üzləşdikləri problemlərin həlli üçün hər bir dövlət qurumu səfərbərdir.
Cəlilabadda, Biləsuvarda, Göyçayda, Astarada, Masallıda, Xaçmazda, Bərdədə, Zaqatalada, bir sözlə, bütün bölgələrimizdə qalanan bayram tonqallarını həmrəyliyimizin nümunəsi kimi qiymətləndirən, hər il olduğu kimi bu il də onlara baş çəkərək qayğıları ilə maraqlandıqlarına, göstərilən diqqətə görə şəhid hərbi qulluqçuların ailə üzvləri ölkə və DİN rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Yeri gəlmişkən, həmkarlarımız şəhid, qazi övladlarını da bayram sovqatları ilə sevindiriblər.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər