Logotype

1933-cü ildən çıxır

Xəbərlər

18.03.2024

Komandamız 30-cu kubokunu qazanıb

Bu günlərdə Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə “İdman Sağlamlıq Mərkəzində” kikboks idman növü üzrə FHN İdman Sağlamlıq Klubunun açıq birinciliyi keçirilib.
Yarışda 22 komandanı təmsil edən 200-dən artıq idmançı medal uğrunda mübarizəyə qoşulub.
DİN İdman Cəmiyyətinin yetirmələri çempionatda 4 qızıl, 4 gümüş, 8 bürünc medal qazanmaqla fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb.
Əldə olunan kubok Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin kikboksinq bölməsinin sayca 30-cu komanda kubokudur.
Qeyd edək ki, komandamız bu yarışa yeniyetmə və gənclərdən ibarət milli komandanın baş məşqçisi, Baş Mühafizə İdarəsinin Növbətçi Hissəsinin Komendant manqasının komandiri polis baş serjantı Hikmət Hacıyevin rəhbərliyi altında hazırlaşıb.

R.Vəliyev

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər