Logotype

1933-cü ildən çıxır

Xəbərlər

06.03.2024

Gənc əməkdaşlara tövsiyələr verilib

Polis əməkdaşlarının mənəvi-psixoloji hazırlığının yüksəldilməsi məqsədilə DİN-in müvafiq əmrinə əsasən “Daxili işlər orqanlarında ideoloji işin aparılması ilə bağlı 2024-cü ildə Şəxsi Heyətlə İş İdarəsi tərəfindən keçiriləcək seminar-məşğələlərin Plan Cədvəli”nə uyğun olaraq cənub bölgəsində seminarlar təşkil edilib.

“Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dinamik inkişafı ulu öndər Heydər Əliyevin müəyyən etdiyi yolun uğurlu davamıdır”, “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi” əməkdaşların xidmət zamanı və xidmətdən kənar vaxtlarda etik davranış qaydalarına əməl etməsinə, polisin cəmiyyətdə nüfuzunun artırılmasına xidmət edən normativ və nizamlayıcı sənəd kimi”, “Etik davranış qaydalarına zidd olan pis vərdişlərlə mübarizə və sosial şəbəkələrdən istifadənin yolverilməzliyi, cəmiyyətdə qəbul olunmuş mənəvi, əxlaqi və mədəni davranış, ailə-məişət normalarına riayət olunmasının vacibliyi” və “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı keçirilən məşğələlərdə DİN-in Şəxsi Heyətlə İş İdarəsinin şöbə rəisi polis polkovnik-leytenantı Firdovsi Nəsirov və baş inspektor polis polkovniki Laçın Paşayev mühazirə ilə çıxış ediblər.

Çıxışlarda xidmət zamanı və xidmətdən kənar vaxtlarda etik davranış qaydalarına, eləcə də cəmiyyətdə qəbul olunmuş mənəvi-əxlaqi və mədəni davranış, ailə-məişət normalarına riayət edilməsinin vacibliyi vurğulanıb.
Görüşlərdə Vətən müharibəsindən və antiterror tədbirlərindən sonra ölkəmizin dünyada güclənən mövqeyi ilə bağlı fikirlər də şəxsi heyətin diqqətinə çatdırılıb.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər