Logotype

1933-cü ildən çıxır

Xəbərlər

07.03.2024

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin qadın əməkdaşlarına və hərbi qulluqçularına

Hörmətli həmkarlar!

8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə sizi təbrik edir, ən xoş arzularımı çatdırıram.

Zəngin mədəni dəyərlərimizin qorunub saxlanılmasında müstəsna xidmətləri olan Azərbaycan Qadını həmişə ailənin etibarlı dayağı olmuş, saflığı, sədaqəti, qabaqcıl düşüncəsi, yenilikçi və mütərəqqi ruhu ilə seçilmişdir.

Ölkəmizin ictimai həyatında mühüm rol oynayan, öz potensialını və enerjisini Azərbaycanın davamlı inkişafına sərf edən qadınlar bu gün də böyük əzmlə çalışır, eyni zamanda rəşadətli, yurdunu və torpağını sevən vətənpərvər övladlar yetişdirirlər.

Qurub-yaratmaq əzmi tükənməyən, cəmiyyət həyatına yüksək dəyərlər bəxş edən Azərbaycan Qadınının mədəniyyətlərarası dialoqun formalaşdırılmasında misilsiz xidmətləri respublikamızın hüdudlarından kənarda da yüksək qiymətləndirilir.

Daxili işlər orqanlarında və Daxili Qoşunlarda çalışan qadınların da öz məsul vəzifələrini layiqincə yerinə yetirdiklərini məmnunluqla qeyd edir və bu əlamətdar gündə hamınıza möhkəm cansağlığı, ailə səadəti, xidmətdə uğurlar arzulayıram!

Bayramınız mübarək olsun!

Vilayət Eyvazov

Azərbaycan Respublikasının daxili işlər naziri

general-polkovnik

Geriyə Çap et


Faydalı keçidlər
Linklər