Logotype

1933-cü ildən çıxır

Xəbərlər

29.02.2024

“Zəfər kuboku”nu qazandıq

Fevralın 25-də Şağan Olimpiya İdman Kompleksində Azərbaycan Kikboksinq Federasiyası və "Drakon" idman klubunun təşkilatçılığı ilə "Zəfər kuboku" adlı yarış keçirilib.
Yarışda 40-a yaxın klubdan 400-dən artıq idmançı iştirak edib. DİN İdman Cəmiyyətinin yetirmələri də kubok uğrunda güclərini sınayıblar.
Komandamız ümumilikdə aktivinə 14 qızıl, 11 gümüş və 3 bürünc medal yazdırıb.
DİN Baş Mühafizə İdarəsinin Növbətçi Hissəsinin Komendant manqasının komandiri polis baş serjantı Hikmət Hacıyevin rəhbərlik etdiyi DİN İdman Cəmiyyətinin kikboksinq komandası fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq "Zəfər Kuboku"na layiq görülüb.
Qeyd edək ki, ötən həftə 28-ci kubokun sevincini qeyd edən komandamız, bu yarışın yekununa görə 29-cu kuboku qazanıb.

Ruslan Vəliyev
polis baş leytenantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər