Logotype

1933-cü ildən çıxır

Xəbərlər

25.02.2024

Faciə qurbanları anılıb

Fevralın 24-də DİN Şəxsi Heyətlə İş İdarəsində Xocalı faciəsi zamanı şəhid olmuş polis əməkdaşlarının ailə üzvlərinin iştirakı ilə anım mərasimi keçirilib. Tədbir iştirakçıları əvvəlcə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş həmvətənlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Polis polkovniki Elçin Məmmədli tədbiri giriş sözü ilə açaraq xalqımızın son iki əsrdə erməni millətçiləri tərəfindən dəfələrlə soyqırıma məruz qaldığını, azərbaycanlıların növbəti belə faciə ilə 32 il əvvəl Xocalıda üzləşdiyini bildirib.
İdarə rəisi ulu öndər Heydər Əliyevin ali hakimiyyətə qayıdışından sonra bu məsələyə prinsipial şəkildə yanaşıldığını, məhz onun qətiyyəti sayəsində soydaşlarımıza qarşı qəddarcasına törədilmiş dəhşətli qətlia-ma obyektiv hüquqi-siyasi qiymət verildiyini diqqətə çatdırıb.

Tədbirdə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən savaşında və antiterror tədbirlərində düşməni məğlub etməklə təkcə xocalıların deyil, bütün şəhidlərimizin qisasının alındığı da xüsusi vurğulanıb.

Sonra E.Məmmədli daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun adından qəhrəman şəhərin müdafiəsində şəhid olmuş polis əməkdaşlarının ailə üzvlərinə bir daha başsağlığı verib, problemləri, qayğıları ilə maraqlanıb və onlara maddi yardım təqdim edib. Göstərilən diqqət və qayğıya görə şəhid ailələri ölkə və DİN rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər