Logotype

1933-cü ildən çıxır

Xəbərlər

22.02.2024

Hərə bir qəhrəman oldu

Bir qərinəyə yaxın Vətən həsrətimizə son qoymaq üçün 44 gün çəkən mücadiləmizin tariximizdə xüsusi yeri var. Yurdumuzu qarış-qarış azad etmək xoşbəxtliyini 3 il bundan öncə yaşadıq.

Sevincimizlə kədərimiz qoşa qanad oldu o günlərdə. Qafqazın ən döyüşkən xalqı olduğumuzu yenidən təsdiq etmək üçün dəmir yumruğa dönüb düşmənin başına endik. Qələbə sorağı dalğa-dalğa gündoğandan-günbatana yayıldı. İllər öncə “Hüququndan keçən əsgər, hərə bir qəhrəman oldu” deyən Əhməd Cavadın ruhunu XXI əsrdə yenidən sevindirdik. Hərəmiz bir qəhrəman olub tarix yazdıq.

Həmin günlərin qəhrəmanlarından biri də bu gün daxili işlər orqanlarının sıralarında xidmət edən Quliyev Ülvi Qəşəm oğludur. O, 2002-ci il aprel ayının 27-də Cəbrayıl rayonunun Nüzgar kəndində doğulub. Beyləqan rayonundakı İlham Quliyev adına Mil kənd orta məktəbini bitirdikdən sonra Mingəçevir Turizm kollecində təhsil alıb. 2020-ci ildə həqiqi hərbi xidmətə yollanıb. Sentyabrın 27-də Vətən müharibəsi başlayan gün “Suqovuşan” uğrunda gedən döyüşlərə qatılan Ü.Quliyev vətənpərvər oğullarımızla bərabər 44 gün düşmənlə mübarizə aparıb.

Müharibədən qayıtdıqdan sonra polisin sıralarına qatılmaq üçün müraciət edib. 2022-ci ildən Beyləqan Rayon Polis Şöbəsinin Post-Patrul Xidməti Bölüyünün polis nəfəridir.

Ülvi deyir ki, bu gün ona görə qürurludur ki, müharibənin qızğın vaxtlarında ölümün gözünün içinə düz baxıb, böyük ruh yüksəkliyi ilə vətənini, torpağını mənfur düşməndən azad etmək üçün döyüşərək müqəddəs qələbəyə imza atanların sırasında olub.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər