Logotype

1933-cü ildən çıxır

Xəbərlər

13.02.2024

Qurumlararası yarış

Fevralın 10-da dövlət qurumlarının əməkdaşları arasında üzgüçülük yarışı keçirilib.
Su İdmanı Sarayında təşkil olunan yarışda 21 dövlət qurumundan 72 əməkdaş (12 qadın, 60 kişi) iştirak edib.

Həmin yarışda BDYPİ-nin əməkdaşı polis polkovniki Toğrul Sadıqov, BBPİ DYPİ-nin əməkdaşı polis kapitanı Emil İbrahimov, ƏÇPA-nın polis nəfəri Fatimə Dünyamalıyeva, polis serjantı Nərgiz Nəsirova, polis serjantı Elşad Nəsibov, Sumqayıt ŞPİ PPXT-nın polis serjantı Cavidan Cahangirov, Nərimanov RPİ-nin əməkdaşları - polis serjantı Nuriyyə Axundova və polis nəfəri Nəzrin Hüseynova Daxili İşlər Nazirliyini təmsil ediblər.

İştirakçılar şəxsi və komanda birinciliyində yarışıblar. Yekun nəticələrə görə kişilər arasında 50 metr məsafəyə sərbəst üzmədə polis kapitanı E.İbrahimov birinci olub. Qadınlar arasında 50 metr məsafəyə sərbəst üzmədə polis serjantı N.Nəsirova, polis serjantı N.Axundova ilk üçlükdə qərarlaşıblar.
Qadınlar və kişilər arasında keçirilən estafet yarışında da (4x50, sərbəst üsul), (4x50 qarışıq MİX, estafet) Daxili İşlər Nazirliyi birinciliyi əldən verməyib.
Sonda qaliblər mükafatlandırılıb.

Yeri gəlmişkən, polis kapitanı Emil İbrahimov və polis serjantı Nərgiz Nəsirova həmin yarışda 3 disiplin üzrə 50 metr məsafəyə sərbəst üzmədə və qarışıq estafetdə ümumilikdə (4*50) 6 qızıl medal qazanıblar.

Ruhiyyə Əliyeva
Ruslan Vəliyev

Geriyə Çap et


Faydalı keçidlər
Linklər