Logotype

1933-cü ildən çıxır

Xəbərlər

06.02.2024

Səngəri sərhəd olub

Ümummilli lider Heydər Əliyev deyirdi: "Vətəni qorumaq öz ana torpağını, evini, obasını, yurdunu qorumaqdır. Vətəni qorumaq öz namusunu, şərəfini qorumaqdır. Vətəni qorumaq öz atasını, anasını, balalarını, övladlarını qorumaqdır. Vətəni qorumaq Azərbaycan xalqının tarixini, mənəviyyatını, əsrlər boyu əldə etdiyi milli mədəniyyətini, milli iftixarını qorumaq deməkdir. Bu, şərəfli yoldur. Bu, şərəfli vəzifədir".

Birinci Qarabağ müharibəsində olduğu kimi 44 gün çəkən İkinci Qarabağ müharibəsində də Azərbaycan gəncləri torpaq, Vətən sevgisini, mübarizliyini və əzmini nümayiş etdirdilər.

Bu qəhrəmanlar arasında Əhmədov İbrahim Namiq oğlunun da adı var. İ.Əhmədov 2001-ci il oktyabrın 23-də Bakıda doğulub. Səbail rayonundakı 49 saylı tam orta məktəbdə təhsil alıb. Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində həqiqi hərbi xidmət keçib. Xidmət ərzində xüsusi təyinatlı kursunu uğurla bitirib. Onun Zəfər yolu Cəbrayıl və Zəngilan şəhərləri və ətraf kəndlər uğrunda gedən döyüşlərdən başlayıb. Qızıl mədəni istiqamətində başlayan döyüşü Bartaz yüksəkliyinin azad olunaraq Azərbaycan sərhədinin tam bərpası ilə başa çatıb.

Ən böyük arzusu polisin sıralarında xidmət etmək olan İbrahim 2022-ci ildə bu arzusuna çatıb. Polis kiçik serjantı İ.Əhmədov hazırda Səbail RPİ-də xidmət edir.
O, “Zəngilanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

Ruhiyyə Əliyeva
polis kapitanı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər