Logotype

1933-cü ildən çıxır

Xəbərlər

28.01.2024

Bürünc medal qazandı

Ölkəmizdə kazak güləşi idman növü üzrə keçirilən III Avropa çempionatı yekunlaşıb. Yığma komandanın tərkibində çıxış edən Sumqayıt ŞPİ Post-Patrul Xidməti Taborunun taqım komandiri polis leytenantı Eyvaz Nəsibli 100 kiloqram çəki dərəcəsində 3-cü yeri tutub.

Həmkarımız ilk olaraq macarıstanlı rəqibi üzərində inamlı qələbə qazanıb. Moldaviya təmsilçisini məğlub edən E.Nəsibli növbəti görüşdə estoniyalı idmançını da tatamidən kənarlaşdırıb. Yarımfinalda isə Polşa nümayəndəsi sevinən tərəf olub. Üçüncü yer uğrunda mübarizədə həmkarımız digər estoniyalıya şans verməyib.

Qeyd edək ki, polis leytenantı E.Nəsibli cüdo və sambo idman növləri üzrə dəfələrlə ölkə çempionu adını qazanıb.

Teymur Əlizadə

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər