Logotype

1933-cü ildən çıxır

Xəbərlər

30.11.1999

Zəfərə gedən yolda…

44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən siyasəti, müzəffər Ordumuzun rəşadəti nəticəsində qazandığımız Zəfər gücümüzün, qüdrətimizin təcəssümü oldu. İllərdir həsrətində olduğumuz torpaqlarımızda yenidən şanlı Azərbaycan bayrağının dalğalanması üçün igid oğullarımız, tariximizə qızıl hərflərlə yazılan qəhrəmanlıq salnaməsi yazdılar.

Vətən müharibəsində düşmənlə mübarizədə şücaətlər göstərən vətən övladları bu gün mübarizələrini sıralarımızda davam etdirirlər. Belə gənclərdən biri də Ruslan Bəylər oğlu Abbasovdur.
Ruslan Abbasov 2001-ci ildə Bakıda doğulub. O, 100 saylı tam orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Kəlbəcər, Suqovuşan və Ağdərə rayonlarının işğaldan azad olunması uğrunda döyüşüb.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalına layiq görülüb.
O, 2021-ci ildən daxili işlər orqanlarında xidmətə qəbul olunub. Nəsimi RPİ-nin Post-Patrul Xidməti Bölüyünün əməkdaşı, polis serjantıdır.

Aytəkin Nəcəfova
polis polkovnik-leytenantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər