Logotype

1933-cü ildən çıxır

Xəbərlər

24.12.2023

Onlar bizə əmanətdir

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı ərəfəsində Hacıqabul, Masallı və Biləsuvar Rayon Polis şöbələrinin əməkdaşları Vətən müharibəsi və antiterror tədbirləri zamanı şəhid olmuş hərbi qulluqçuların ailələrinə baş çəkib, qayğıları ilə maraqlanıblar. Gətirdikləri sovqatları, həmçinin şəhid övladları üçün alınan bayram hədiyyələrini onlara təqdim ediblər. Ziyarət zamanı Vətən müharibəsində qazanılan tarixi qələbədən, şəhidlərimizin keçdiyi döyüş yolundan danışılıb, onların müqəddəs amal uğrunda canlarından keçdikləri, əziz xatirələrinin daim qəlbimizdə yaşayacağı vurğulanıb.
Şəhid ailələrinin üzvləri göstərilən diqqət və qayğıya görə ölkə və DİN rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər