Logotype

1933-cü ildən çıxır

Xəbərlər

22.12.2023

Mülkiyyət əleyhinə cinayətlər müzakirə olunub

DİN-in Polis Akademiyasında “Mülkiyyət əleyhinə törədilən cinayətlərin tədqiqinin cinayət-hüquqi, cinayət-prosessual və kriminalistik aspektləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

Tədbirdə Milli Məclisin, Daxili İşlər Nazirliyinin, Ali Məhkəmənin, Konstitusiya Məhkəməsinin, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin, eləcə də respublikamızın bir sıra dövlət qurumlarının və ali təhsil müəssisələrinin nümayəndələri, kursant və tələbələr iştirak edib. Konfransa Türkiyə Cümhuriyyəti, Rusiya Federasiyası, Moldova, Bolqarıstan, Gürcüstan və Qazaxıstan Respublikalarının 14 ali təhsil müəssisəsindən 30-dan artıq əməkdaş onlayn formatda qoşulub.

Tədbiri giriş sözü ilə açan Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi polis general-mayoru Canpolad Daanov mövzunun aktuallığına diqqət çəkib. Qeyd olunub ki, hüquqi müstəvidə tədqiqinə ehtiyac duyulan, həmçinin aktual və problemli məsələləri özündə ehtiva edən istiqamətlərdən biri kimi mülkiyyət əleyhinə törədilən cinayətlər qeydə alınmış ümumi cinayətlərin təqribən 70%-ni təşkil edir. Problemə hüquqi müstəvidə elmi-nəzəri baxış, bu istiqamətdə təcrübə mübadiləsi, nəzəri biliklərin praktiki bacarıqlarla vəhdətinə nail olunmasının ümumi işə fayda verəcəyi vurğulanıb.

Sonra mövzu ilə bağlı Qazaxıstan, Bolqarıstan, Türkiyə, Rusiya, Gürcüstan, Moldova və Azərbaycandan olan nümayəndələr çıxış ediblər.
Konfransın sonunda iştirakçılara çap olunmuş konfrans materialları təqdim edilib.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər