Logotype

1933-cü ildən çıxır

Xəbərlər

19.12.2023

Uğurun yarısı təbliğatdır

Dekabrın 18-də Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq edilməsi məqsədilə Nazirliyin nümayəndələri Sabirabad rayonundakı “Gənclər Evi”ndə IX-X və XI sinif şagirdləri, kollec tələbələri və hərbi xidmətdən tərxis olunan gənclərlə görüş keçiriblər.

Onlara polisin tarixi, daxili işlər orqanlarına xidmətə qəbul qaydaları, həmçinin DİN sistemində təhsil almaq imkanları barədə ətraflı məlumat verilib.
Qeyd edilib ki, daxili işlər orqanlarının ölkəmizdə təmin etdiyi etibarlı sabitlik müstəqillik tariximizin ən mühüm nailiyyətlərindəndir. Onun qorunmasında hər bir sağlam gəncin iştirakı üçün dövlətimiz bütün imkanlarını səfərbər edib.

Görüşdə paytaxtda olduğu kimi, yerlərdə də gənclərin asudə vaxtlarını səmərəli keçirmələrinin, idmanda və təhsildə uğur qazanmalarının diqqət mərkəzində olduğu, onların bir çox dövlət qurumlarında, eləcə də güc strukturlarında müxtəlif vəzifələrdə irəli çəkilmələrini stimullaşdırmaq naminə mühüm tapşırıqların uğurla icra edildiyi vurğulanıb.

Sonra daxili işlər orqanlarına qəbulla bağlı zəruri məlumatlar iştirakçıların diqqətinə çatdırılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Ruhiyyə Əliyeva
polis kapitanı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər