Logotype

1933-cü ildən çıxır

Xəbərlər

17.12.2023

Komandamız birincidir

Hövsan Olimpiya İdman Kompleksində üç gün davam edən gənclər və yeniyetmələr arasında kikboksinq üzrə 27-ci Respublika çempionatı yekunlaşıb. 70 komandadan 519 idmançının qatıldığı turnirdə DİN İdman Cəmiyyətinin komandası da 27 təmsilçi ilə iştirak edib. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda təmsilçilərimiz uğurlu çıxışlarıyla yadda qalıb. Belə ki, yetirmələrimiz qüvvələrini sınadıqları müxtəlif çəki dərəcələrində 10 qızıl, 3 gümüş və 3 bürünc medal qazanıblar. Bununla da aktivinə 16 medal yazdıran DİN İdman Cəmiyyətinin komandası həm də komanda birinciliyində I yerə sahiblənib.
Yeri gəlmişkən, komandamızı Respublika birinciliyinə polis baş serjantı, Əməkdar məşqçi Hikmət Hacıyev hazırlayıb.

Teymur Əlizadə

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər