Logotype

1933-cü ildən çıxır

Xəbərlər

12.12.2023

Tariximizi öyrənənlər yarışıb

Polis Akademiyasında “Heydər Əliyev İli”nə həsr olunmuş “Tariximizi öyrənək” adlı bilik yarışı keçirilib.
Əvvəlcə ulu öndər Heydər Əliyevin, ərazi bütövlüyümüz uğrunda canından keçən vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Tədbiri giriş sözü ilə Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanov açıb. O, iştirakçıları salamlayaraq ulu öndər Heydər Əliyevin zəngin irsindən, azərbaycançılıq məfkurəsindən və Azərbaycan tarixindəki əvəzolunmaz rolundan bəhs edib. Akademiya rəisi bu qəbildən olan yarışların keçirilməsinin kursantların biliklərinin daha da zənginləşməsində böyük rol oynadığını bildirib və komandalara uğurlar arzulayıb.

Moderator komandaları təqdim etdikdən sonra yarışın şərtlərini diqqətə çatdırıb. Yarışda əyani təhsil alan I kurs kursantlarından ibarət 12 komanda iştirak edib. Üç mərhələdən ibarət yarışda komandalar müəyyən olunmuş vaxt ərzində verilən sualları cavablandırıblar. Eyni zamanda, mərhələlərarası fasilələrdə auditoriyaya ünvanlanan sualları düzgün cavablandıranlar da mükafatlandırılıb.
Yekun nəticələrinə əsasən, münsiflər tərəfindən “Xocalı” komandası qalib elan olunub. “Yaşma” və “Dəmir Yumruq” komandaları isə II və III yerlərə layiq görülüblər.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər