Logotype

1933-cü ildən çıxır

Xəbərlər

10.12.2023

Cəbhədən başlayan xidmət

Vətən müharibəsində Müzəffər Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və komandanlığı altında əldə olunan tarixi qələbəmiz bir daha sübut etdi ki, mübariz Azərbaycan gəncliyi Vətənimizi qorumağa və bu yolda canından keçməyə daim hazırdır.

Bu gün dövlətimizin dəstəyi Azərbaycan gənclərinə bütün arenalarda uğur qazanmaq üçün geniş imkanlar yaradıb. İdmanda, təhsildə bir sözlə, həyatın bütün sahələrində bacarıqlarını inkişaf etdirmək istəyənlərin üzərinə bütün qapılar açıqdır. Bu gün gənclərin irəli çəkilməsi dövlətin ali dəyərlərinin ifadəsidir.

DİN rəhbərliyi tərəfindən də gənclərə, xüsusən də müharibə iştirakçılarına, şəhid ailə üzvlərinə xüsusi dəstək və qayğı göstərilir. Onlar daxili işlər orqanlarında xidmətə qəbul olunur, Vətənə, xalqa xidmət edirlər.
Məhz belə gənclərdən bir də Vətən müharibəsi iştirakçısı Cavid Ramin oğlu Əsgərovdur. C.Əsgərov 1998-cu ildə Bakıda doğulub. O, 188 nömrəli tam orta məktəbin məzunudur.

2020-ci il sentyabr ayının 27-də başlayan Vətən müharibəsində Suqovuşan, Ağdərə uğrunda gedən döyüşlərdə igidlik göstərib. Hücum tapşırığını yerinə yetirdiyi zaman çoxsaylı qəlpə yaraları almasına baxmayaraq döyüş meydanını tərk etməyib, düşmənə qarşı qəhrəmancasına vuruşub.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Cəsur döyüşçü”, “Laçının azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalına layiq görülüb.
Polis serjantı Cavid Əsgərov sıralarımızda 2022-ci ildən xidmət edir, Abşeron Rayon Polis İdarəsinin əməkdaşıdır.

Aytəkin Nəcəfova
polis polkovnik-leytenantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər