Logotype

1933-cü ildən çıxır

Xəbərlər

01.10.2023

Həmkarımız mükafatlandırılıb

Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi tərəfindən cinayətkarlığa qarşı mübarizədə dövlətlərarası əməkdaşlığın gücləndirilməsində fəal iştirakına görə DİN Mətbuat Xidmətinin əməkdaşı “Təşəkkürnamə” ilə təltif edilib.

Polis baş leytenantı Ruslan Vəliyevə təqdim edilən təşəkkürnaməni Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin ərazisində mütəşəkkil cinayətkarlığa və digər təhlükəli cinayət növlərinə qarşı mübarizənin əlaqələndirilməsi Bürosunun Direktoru, polis general-leytenantı F.Oleq Konovalov imzalayıb.

Həmkarımız MDB-yə üzv dövlətlərin ərazisində cinayətkarlığa qarşı mübarizədə dövlətlərarası əməkdaşlığın gücləndirilməsinə yönəlmiş problemlərin həllində fəal iştirakına və real töhfəsinə görə bu mükafata layiq görülüb.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər