Logotype

1933-cü ildən çıxır

Xəbərlər

09.09.2023

Qaliblər mükafatlandırılıb

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş silsilə idman tədbirlərinin davamı olaraq daxili işlər orqanlarının şəxsi heyəti arasında çoxnövçülük üzrə final mərhələsi keçirilib. Şağan Olimpiya İdman Kompleksində baş tutan yarışda daha öncə Bakı şəhər, eləcə də zona turnirlərinin qalibləri qatılıb.

İdmançılar proqramda müəyyən olunmuş güllə atıcılığı, üzgüçülük, 1000 metr məsafəyə qaçış və turnikdə dartınma üzrə normativləri yerinə yetiriblər. Normativlərin nəticəsinə görə aktivinə ən çox xal toplamış iştirakçılar yarışın qalibləri olub.

Güllə atıcılığı üzrə polis serjantı Elşad Nəsibov (ƏÇPA) I yeri, MAXE çavuş Rövşən Həsənov (DQ) II yeri, polis kapitanı Emil İbrahimov (BBPİ) III yeri tutub. 1000 metr məsafəyə qaçış üzrə polis serjantı Elşad Nəsibov (ƏÇPA I yer), İbrahim Məmmədov (ƏÇPA II yer) və polis serjantı Ramazan İsmayılov (ƏŞPA III yer) qələbəni bayram ediblər. Polis kapitanı Emil İbrahimov (BBPİ), polis serjantı Cavidan Cahangirov (Sumqayıt ŞPİ), polis serjantı Elşad Nəsibov (ƏÇPA) üzgüçülük növündə müvafiq olaraq I, II, III yerə layiq görülüblər. Çoxnövçülük yarışlarında isə polis serjantı Elşad Nəsibov (ƏÇPA I yer), polis kapitanı Emil İbrahimov (BBPİ II yer), polis serjantı Ramazan İsmayılov (ƏŞPA III yer) sevinən tərəflər olub.
Qaliblər münsiflər tərəfindən diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Teymur Əlizadə
polis mayoru

Geriyə Çap et


Faydalı keçidlər
Linklər