Logotype

1933-cü ildən çıxır

Xəbərlər

07.09.2023

Gənclər diqqət də görür, qayğı da

İdmanda, təhsildə, bir sözlə, həyatın bütün sahələrində bacarıqlarını inkişaf etdirmək istəyənlərin üzünə bütün qapılar açıqdır. Bu gün gənclərin irəli çəkilməsi dövlətin ali dəyərlərinin ifadəsidir.

44 günlük Vətən müharibəsində Müzəffər Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və komandanlığı altında əldə olunan tarixi qələbəmiz bir daha sübut etdi ki, mübariz Azərbaycan gəncliyi Vətənimizi qorumağa və bu yolda canından keçməyə daim hazırdır.
Bu gün dövlətimizin dəstəyi Azərbaycan gənclərinə bütün arenalarda uğur qazanmaq üçün geniş imkanlar yaradıb. DİN rəhbərliyi tərəfindən də gənclərə, xüsusən də müharibə iştirakçılarına, şəhid ailə üzvlərinə xüsusi dəstək və qayğı göstərilir. Onlar daxili işlər orqanlarında xidmətə qəbul olunur, Vətənə, xalqa xidmət edirlər.

Məhz belə gənclərdən bir də Vətən müharibəsi iştirakçısı Hikmət Azad oğlu Ramazanovdur. H.Ramazanov 1999-cu ildə Bakıda doğulub. O, Zəngilan rayon 6 nömrəli tam orta məktəbin məzunudur. 2016-2020-cı illərdə Azərbaycan Texniki Universitetində təhsil alıb. Ali məktəbi başa vurduqdan sonra hərbi xidmətə yollanıb.

2020-ci il sentyabr ayının 27-də başlayan Vətən müharibəsində H.Ramazanov Cəbrayılın və Qubadlının düşmən işğalından azad olunması uğrunda gedən döyüşlərdə igidlik göstərib. Düşmən üzərində qazandığımız Zəfərdən sonra Şuşa, Xocavənd və Qubadlı rayonlarının müdafiəsində xidmətini davam etdirib.
Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalına layiq görülüb.
Polis serjantı H.Ramazanov sıralarımızda 2022-ci ildən xidmət edir, Nəsimi RPİ 19-cu Polis Şöbəsinin əməkdaşıdır.

Aytəkin Nəcəfova
polis polkovnik-leytenantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər