Logotype

1933-cü ildən çıxır

Xəbərlər

03.09.2023

İstanbuldan qələbə ilə döndülər

Avqustun 25-dən sentyabrın 2-dək İstanbulda kadet, yeniyetmə və gənclər arasında kikboks üzrə WAKO Avropa birinciliyi keçirilib.
Bu yarışda Azərbaycan milli komandası tarixi uğura imza atıb. İdmançılarımız 16 qızıl, 16 gümüş, 31 bürünc medal əldə ediblər. Yarışda DİN İdman Cəmiyyətini təmsil edən 23 idmançıdan 17 nəfəri Vətənə qızıl, gümüş və bürünc medalla dönüb.

İdmançılarla yanaşı, məşqçilərimizin nəticələri də uğurlu olub. Belə ki, milli komandanın baş məşqçisi, polis baş serjantı Hikmət Hacıyev WAKO Avropa birinciliyinin ən yaxşı rinq məşqçisi - “BEST COACH” mükafatına layiq görülüb. Qeyd edək ki, sözügedən yarışda DİN İdman Cəmiyyətinin şöbə rəisi, polis polkovnik-leytenantı Eduard Məmmədovun da yetirmələri güclərini sınayıb, qələbə uğrunda mübarizə aparıblar. Yığmamız medal sıralamasında 7-ci, rinq döyüşlərində isə 1-ci yeri tutub. Qələbə münasibətilə kikboksçularımızı və həmkarlarımızı təbrik edirik.

Ruhiyyə Əliyeva
polis kapitanı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər