Logotype

1933-cü ildən çıxır

Xəbərlər

01.09.2023

Hər bir zəng polisə etimaddır

Daxili İşlər Nazirliyinin “102” Xidməti-zəng Mərkəzi ictimai qaydanın, eləcə də təhlükəsizliyin qorunması, cinayətlərin qarşısının alınması və açılmasında operativliyin təmini, habelə polis-vətəndaş münasibətlərinin optimallaşdırılması məqsədilə fasiləsiz olaraq 24 saat xidmət aparır. Daxili işlər orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, növbətçi hissələrin idarə edilməsi işinin təkmilləşdirilməsi, o cümlədən respublikada kriminogen durumla bağlı məlumatların toplanması Mərkəzin əsas fəaliyyət funksiyasıdır. Növbəli iş rejimində xidmət aparan həmkarlarımızın işi məsuliyyətli olduğu qədər də həssaslıq tələb edir.

Müraciəti qəbul edən operator vətəndaşın soyadını, adını, yaşadığı ünvanı, əlaqə telefonunu, şikayəti barədə ətraflı məlumatı aldıqdan sonra müraciətin məzmununu təfsilatı ilə aydınlaşdırır və kompüter sisteminin xüsusi formalı blankında qeydiyyatını aparır. Qəbul olunmuş müraciətə baxılması qaydaları haqqında vətəndaşa müvafiq izahatlar vermək mütləqdir.

Daxili işlər orqanlarının səlahiyyətlərinə aid olmayan məsələlərə dair müraciətlər isə aidiyyəti üzrə qurumlara istiqamətləndirilir.
Qeyd edək ki, Mərkəzə gün ərzində daxil olan 9-10 minə qədər zəngin bir qismi cinayət və hadisələrlə bağlı olsa da, digərləri polisə aid olmayan mövzuları əhatə edir.
Mərkəzin gecəli-gündüzlü xidmətini cari ilin yanvar ayının 1-dən avqust ayının 24-dək daxil olan müraciətlərin statistikası təsdiqləyir. Ötən müddət ərzində 2.285.359 zəng cavablandırılıb. Qeydiyyata alınıb aidiyyəti üzrə ötürülən müraciətlər sırasında ailə münaqişəsi, telefonla təhqir edilmə və ya narahat olunma, internetdə təhqir etmə və ya böhtan atma, xəsarət, o cümlədən yol-nəqliyyat hadisəsi, polisə təşəkkür və digərləri ilə bağlı olub. Daxil olan zənglər əsasında 1.100 cinayətin üstü “isti izlər”lə açılıb.

Teymur Əlizadə
polis mayoru

Geriyə Çap et


Faydalı keçidlər
Linklər