Logotype

1933-cü ildən çıxır

Xəbərlər

25.08.2023

Sıralarımız daha da güclənir

Zəfər qazandığımız gündən bu günə kimi 820 nəfər Vətən müharibəsi iştirakçısı və 142 nəfər şəhid ailəsinin üzvü daxili işlər orqanlarında işlə təmin olunub
Tariximizə qızıl hərflərlə yazılan Vətən müharibəsində qəhrəmanlıqlara imza atan igid oğullarımıza, onların ailə üzvlərinə dövlətimiz tərəfindən xüsusi diqqət və qayğı göstərilir, sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm işlər görülür.

Ötən müddət ərzində müharibə iştirakçıları mənzillər və fərdi evlərlə təmin olunub, onların psixoloji, sosial-tibbi reabilitasiyası, sanator-kurort müalicəsi, protezləşdirilməsi, əlil arabaları, o cümlədən, mühərrikli əlil arabaları ilə təchiz olunması, bərpa müalicələrinin keçirilməsi dövlət hesabına yüksək səviyyədə həyata keçirilir.

Vətən müharibəsi iştirakçıları və şəhidlərin ailə üzvlərinin işlə təmin olunmasında dövlətimizin qayğısı prioritetlərdəndir.
Bu sahədə həyata keçirilən tədbirlər Daxili İşlər Nazirliyində də sistemli və ardıcıl xarakter daşıyır. Şəhid ailələri və müharibə iştirakçılarının sosial rifahının yaxşılaşdırılması istiqamətində məqsədyönlü addımlardan biri də işlə təmin olunmalarıdır. Belə ki, Zəfər qazandığımız gündən bu günə kimi 820 nəfər Vətən müharibəsi iştirakçısı və 142 nəfər şəhid ailəsinin üzvü daxili işlər orqanlarında işlə təmin olunub.

Aytəkin Nəcəfova
polis polkovnik-leytenantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər