Logotype

1933-cü ildən çıxır

Xəbərlər

21.08.2023

Təhlükəsizlik tədbirləri uğurla icra olunur

Bakıda avqustun 15-dən start götürən atıcılıq üzrə 53-cü dünya çempionatı gərgin idman şəraiti və həyəcanlı anlarıyla davam edir. “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq uğrunda dünyanın 100 ölkəsindən 1239 idmançının mübarizə apardığı yarışda ölkəmiz 16-ı kişi, 15-i qadın olmaqla ümumilikdə 31 idmançı ilə təmsil olunur. Komandamızın tərkibində çempionluğa iddiaçılar sırasında daxili işlər orqanlarının da 7 əməkdaşı var. Onlardan 5-i Ramiz Xəlilov, Əli Hüseynli, Mirmömin Ağazadə, İlkin Vəliyev və Vladislav Kalmıkov hazırda DİN Daxili Qoşunlarında müddətli həqiqi hərbi xidmətdədirlər.

Şübhəsiz ki, belə mötəbər turnirlərdə ən vacib məqam yarış iştirakçılarının, eləcə də keçiriləcək məkanlarda təhlükəsizlik tədbirlərinin təşkilidir. Bu sahədə kifayət qədər təcrübəyə malik Azərbaycan Polisi yüksək nizam-intizamla həvalə olunmuş vəzifələri uğurla icra edir. Yarışın keçirildiyi məkanlarda, idman komplekslərində ictimai qaydanı və təhlükəsizliyi yüksək səviyyədə qoruyur, bütün zəruri tədbirləri həyata keçirir.

Teymur Əlizadə
polis mayoru

Geriyə Çap et


Faydalı keçidlər
Linklər