Logotype

1933-cü ildən çıxır

Xəbərlər

13.08.2023

Bakı beynəlxalq tədbirlərə evsahibliyi edir

Atıcılıq üzrə 53-cü dünya çempionatının açılış mərasiminin Azərbaycanda keçirilməsi sabitlik adasına inamın ifadəsidir
Avqustun 15-də Bakı Kristal Zalında təşkil olunan tədbirin açılışı bayraqların paradı ilə gerçəkləşib.
Ardınca Azərbaycan mədəniyyətini əks etdirən videoçarx nümayiş etdirilib, ölkə bayrağı səhnəyə gətirilib və Dövlət Himni səsləndirilib.

Tədbir iştirakçılarını salamlayan Gənclər və idman naziri Fərid Qayıbov yarışın ölkəmizdə Heydər Əliyev ilinə təsadüf etməsini əlamətdar bir hadisə kimi dəyərləndirib. O, ulu öndərin daim idmançıların yanında olduğunu, Azərbaycanda idmanın dövlət siyasətinin prioritetlərindən birinə və ümumimmilli hərakata çevrilməsindəki rolunu xüsusi vurğulayıb.

Yarışın təşkilatçılığını Bakıya həvalə etdikləri üçün Beynəlxalq Atıcılıq İdmanı Federasiyasına (İSSF) təşəkkürünü bildirən nazir bütün idmançılara uğurlar arzulayıb.

Sonra Azərbaycan idmançıları Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının bayrağını səhnəyə gətiriblər.
İSSF prezidenti Luçiano Rossi Bakının bir sıra beynəlxalq yarışlara ev sahibliyi etdiyini qeyd edib. O, Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib. Qurum rəhbəri idmançılara uğurlar arzulayıb və gözəl yarış olacağına ümid etdiyini söyləyib.
İdmançı, məşqçi və hakimlərin andiçməsindən sonra rəsmi hissə başa çatıb, bədii hissə başlayıb.

Qeyd edək ki, yarış sentyabrın 1-dək davam edəcək. Turnirə 101 ölkədən 1239 idmançı qatılıb. Azərbaycan dünya çempionatında 31 atıcı ilə təmsil olunacaq.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər