Logotype

1933-cü ildən çıxır

Xəbərlər

10.08.2023

Polis gözləmir: İctimai sabitlik etibarlı qorunur

Qanun kitabları insanlara aşılayır ki, qanunlar əsasında yaşa. Deməli, həyatda yaşamaq üçün diqqətli və məsuliyyətli olmalısan ki, qanun pozulmasın. Diqqətli olmadınsa, qaydalardan kənara çıxacaqsan, məsuliyyətli olmadınsa, başqasının hüququ pozulacaq. Elə bir standart ki - nə əzilməyəsən, nə də kimisə əzməyəsən. Ən çətin olanı da budur. Bunu bacaranlar var. Polisin işi o adamlarladır ki, onlar qanunlar əsasında yaşamır. Nəhayət, belə adamların məsuliyyətə cəlb olunması üçün əsas yaranır.

Dünyada gedən proseslərdən də bilirik ki, bu məsələdə qanun keşikçilərinin - polisin mövqeyi heç də birmənalı qarşılanmır. Qanunu pozmağa meyilli şəxslər daima cinayət və ya inzibati məsuliyyət təqibindən yayınmaq üçün bütün mümkün vasitələrdən istifadə edir. Təsadüfi deyil ki, cinayətə meyilli olanlar da getdikcə təkmilləşir, müasir texniki vasitələrdən geniş istifadə edirlər.
Azərbaycanda ictimai təhlükəsizlik elə etibarlı qorunan ölkələr sırasındadır ki, bir sıra ölkələrlə müqayisədə hər 100 min nəfərə düşən cinayətlərin sayı 40-50 faiz aşağıdır.

Ancaq hamı bir fikirlə razıdır - təhlükə olanda ilk yada düşən polis olur. Dilimizdə bu ifadə var - kimisə təhlükədən xilas etmək istəyirlərsə - deyirlər, "polis çağır!" Əslində, xalq dili özü cəmiyyətdə polisin üstün mövqeyini ən dramatik anda etiraf edir. Ulu öndərimiz haqlı olaraq qeyd edirdi ki, polis işi böyük məsuliyyət tələb edən peşədir. Bu peşəyə yiyələnən insan cəmiyyətin və ətrafında olan hər bir fərdin təhlükəsizliyinə cavabdehlik daşımaq, bunun üçün hətta həyatını belə əsirgəməmək məsuliyyətini üzərinə götürür. Çünki təhlükəli əməlin elə ilk anda müəyyən edilib qarşısının alınması polisin əsas vəzifələrindən biridir. Polis gözləmir ki, xırda bir inzibati xəta cinayətə çevrilsin.
Qərb və Avropa təmsilçiləri bu fikri daim bəyan edirlər ki, Azərbaycanda ictimai sabitlik etibarlı qorunur. Azərbaycan Polisinin bu istiqamətlərdə əldə etdiyi təcrübələr daim beynəlxalq səviyyədə təqdir olunur. Bu, həm də o həqiqətin göstəricisidir ki, Azərbaycan çoxsaylı beynəlxalq tədbirlərə, forumlara, konfranslara ev sahibliyi etməklə, dünyada tolerantlıq məkanı, dözümlülük, multikulturalizm mərkəzi kimi tanınır. Təbii ki, bu uğurların arxasında müxtəlif çətin şəraitlərdə xidmət aparan digər hüquq mühafizə orqanları ilə birgə Azərbaycan Polisi dayanır.

Bütün dünyada polis sistemi var. Hər xalqın bu sahədə işləyən insanlara münasibətində ortaq baxış mövcuddur. O dünya ki, onun insanın tələbkardı, o dünya ki, onun insanının arzuları sonsuzdur. Onlar arasında prosesləri, hadisələri şərh və təhlil edən insanlar, bir də yozan insanlar var. Hadisələri və prosesləri yozanlar üçün ümumi maraqlar olmur. Qanunlarla tənzimlənən polisin fəaliyyəti o qədər görünən üzdədir ki, o hadisələrin və proseslərin içindədir. Yəqin ona görədir ki, polisin davranışları insanlar tərəfindən diqqətdə saxlanılır.

Çingiz Şıxverdiyev,
polis polkovniki

Geriyə Çap et


Faydalı keçidlər
Linklər