Logotype

1933-cü ildən çıxır

Xəbərlər

09.08.2023

Səngərsiz əsgər – Polis

Vətən müharibəsində hamı bir daha əmin oldu ki, dinc günlərdə qayda-qanunun keşiyində duran, əmin-amanlığı qoruyan, düşmənlə döyüşdə vuruşanlar sırasında tapşırıqları vətən, dövlət naminə xidmət sayan Daxili İşlər Orqanlarının əməkdaşları – polislər də olub. Müharibə bitib, indi onlar da qayda-qanunun keşiyində səngərsiz əsgər kimi xidmətlərini davam etdirirlər.

Onların, yüzlərin sırasında olanlardan polis kapitanı Qurban Səfərlinin xidmət yolu döyüşlərdən keçib. O, 1991-ci ildə İsmayıllı rayonunun Zərnava kəndində doğulub. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Daxili Qoşunların Ali Hərbi Məktəbinin məzunudur. Daxili Qoşunların respublikanın müxtəlif bölgələrində yerləşən hərbi hissələrində xidmətini davam etdirib, eləcə də Türkiyədə “Komando” kurs-təlimlərini uğurla başa vurub.

2020-ci il sentyabr ayının 27-də başlayan Vətən müharibəsində Q.Səfərli Murovdağ, Füzuli, Cəbrayıl və Xocavəndin düşmən işğalından azad olunmasında igidlik nümayiş etdirib. Qırmızı bazar istiqamətində gedən ağır döyüşlərdə yaralansa da müalicə aldıqdan sonra döyüş yoldaşlarının sırasına qayıdıb.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə o “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Xocəvəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
Qəhrəmanımız 2021-ci ildən xidmətini İsmayıllı Rayon Polis Şöbəsində davam etdirir.

Mahir Məsimov
polis kapitanı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər