Logotype

1933-cü ildən çıxır

Xəbərlər

09.07.2023

Onlar sevinsin deyə...

DİN Əlahiddə Çevik Polis Alayının II Patrul Bölüyünün təşkilatçılığı ilə Azərbaycan Uşaqları İctimai Birliyinin Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin uşaqları üçün şənlik təşkil edilib.

Şənlikdə iştirak edən DİN Mətbuat Xidmətinin rəis müavini, polis polkov-
nik-leytenantı Hafiz Təmirov gələcəyimiz olan uşaqların hüquqlarının qorunmasının, müdafiəsinin, habelə təhlükəsiz mühitdə yaşamalarının dövlət siyasətinin əsas prioritetlərindən olduğunu diqqətə çatdırıb. Onların cəmiyyət üçün faydalı vətəndaş kimi böyümələri istiqamətində polisin, eləcə də digər hüqüq mühafizə orqanlarının səylə çalışdığını, uşaqlara xüsusi dövlət qayğısının göstərildiyini də vurğulayıb.

ƏÇPA-nın II Patrul Bölüyünün komandiri, polis baş leytenantı Kənan Qasımov dinindən, irqindən, sosial durumundan asılı olmayaraq hər bir uşağın yaşamaq, inkişaf etmək hüququ olduğunu qeyd edib. Bölük komandiri şənliyin məhz onlar üçün düzənləndiyini söyləyərək uşaqlara xoş arzularını çatdırıb, ürək dolusu əylənmələrini diləyib.

Digər çıxışçılar - Binəqədi İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi Ziba Nəcəfova və Sığınacağın rəhbəri Kəmalə Ağazadə də polisin balacaların ən yaxın dostu olduğunu və hər zaman onların keşiyində dayandıqlarını bildiriblər.
Sonra sığınacağın 5 yaşlı sakini Qulu qonaqlar üçün “Əsgər marşı”nı oxuyub. Şənlik incəsənət nümayəndələrinin konsert proqramı ilə davam edib.

Şən klounun və sehirbazın çıxışları isə uşaqların sevincinə ayrı bir sevinc qatıb.
Sonda Patrul Bölüyünün şəxsi heyəti adından rəngli printer aparatı sığınacağa hədiyyə olunub.

Mərkəzin rəhbəri bu gözəl təşəbbüsə, çəkilən zəhmətə, həmçinin valideyn himayəsindən məhrum olan uşaqlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Polisinə minnətdarlığını ifadə edib.

Teymur Əlizadə,
polis mayoru

Geriyə Çap et


Faydalı keçidlər
Linklər