Logotype

1933-cü ildən çıxır

Xəbərlər

05.07.2023

Özləri ilə sevgi gətirmişdilər...

“Dəniz” uşaq bağçasının fidanları 2 iyul Azərbaycan Polisi Günü münasibətilə Xətai Rayon Polis İdarəsinə gəlib asayiş keşikçilərini təbrik ediblər.

Bağçanın kollektivini Bakı şəhər BPİ-nin baş inspektoru, polis polkovnik-leytenantı Kəmalə Ələkbərova, Bakı şəhər BPİ DYPİ-nin inspektoru, polis kapitanı Pərvanə Muradova və Xətai RPİ-nin inspektoru, polis kapitanı Aygül Uluxanova qarşılayıb.

Dəyirmi masa ətrafında həmkarlarımızla söhbət edən azyaşlı qonaqlar “böyük qardaş və bacı” adlandırdıqları polislərə şeirlər söyləyib, dilləri tutduqları qədər ürək sözlərini çatdırıblar. Kimisi əsgər, kimisi polis, kimisi həkim, kimisi də müəllim olmaq istəyən balacalara həmkarlarımız polisin fəaliyyətindən danışıblar.
Görüşün sonunda onlara təşəkkürnamə təqdim edilib.

Polis İdarəsinə ekskursiyanın uşaqları həm də maarifləndirmək, polisə sevgi hissi formalaşdırmaq məqsədi daşıdığını deyən bağça müdiri Sevda Qənizadə bu görüşün balacalarda silinməz xatirəyə çevriləcəyinə inandığını söyləyib.

Sonra uşaqlar Polis İdarəsində xidməti otaqları gəziblər, onlara polislərin gündəlik işi barədə məlumat verilib, sualları cavablandırılıb.
Balacalarla görüş çay süfrəsi arxasında başa çatıb.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər