Logotype

1933-cü ildən çıxır

Xəbərlər

22.06.2023

Donorlar mükafatlandırıldı

Bu günlərdə “14 iyun – Ümumdünya Qan Donoru Günü” münasibətilə Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankı və regiondakı bölmələri qan donorluğunda, donorluğun təbliğatında fəal iştirak edən bir sıra nazirliklərin, təşkilatların, qurumların nümayəndələri və vətəndaşlarla görüş keçiriblər.

Qeyd edilib ki, qan və onun komponentlərinin köçürülməsi hər il milyonlarla insanın həyatını xilas etməyə imkan verir. Azərbaycanda 1500-ə yaxın talassemiyalının, həyatları qandan asılı olan digər hematoloji xəstələrin və təcili əməliyyata ehtiyacı olan şəxslərin hər zaman davamlı qan təminatı zəruridir.

Keçirilən tədbirdə, Baş Dövlət Yol Polisi İdarəsinin Kadrlar şöbəsinin inspektoru, polis baş leytenantı Könül Knyazova və kiçik inspektor, polis baş serjantı Ceyla Zəkəriyyəli də iştirak edib.

Qan donorluğunun təşkilatçılığında fəal iştirakına və verdiyi dəstəyə görə Baş Dövlət Yol Polisi İdarəsinə təşəkkür təqdim edilib, xatirə şəkli çəkdirilib.

Ruslan Vəliyev,
polis baş leytenantı

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər