Logotype

1933-cü ildən çıxır

Xəbərlər

20.06.2023

Polis veteranının filmi mükafat aldı

Azərbaycanın tanınmış xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevdən bəhs edən “100 il şərəfli ömür” bədii-sənədli filmi ölkəmizi beynəlxalq festivalda təmsil edib.

Bolqarıstanda keçirilən tədbirdə “100 il şərəfli ömür” filmi “Qızıl Femi” mükafatına layiq görülüb. Mükafatın təqdimat mərasimi 71 ölkədə canlı yayımlanıb.

Ekran əsərinin ssenari müəllifi, quruluşçu rejissoru polis veteranı Cəlaləddin Qasımov festivalın direktoru Feminin dəvəti ilə tədbirdə iştirak edib.
Mərasim Bolqarıstan Respublikasının paytaxtı Sofiya şəhərində yerləşən “SOFIA HOTELL BALKAN” kompleksində təşkil olunub. Tədbirə fəxri himayədarlığı Bolqarıstan Respublikasının vitse-prezidenti, xanım Marqarita Popova edib.

Filmin rejissoru Cəlaləddin Qasımov “Polisə” festivalda daha bir sevindirici xəbər aldığını deyib: “Festivalın direktoru mənə bildirdi ki, Hacı Zeynalabdin Tağıyevdən bəhs edən “100 il şərəfli ömür” bədii-sənədli filmini izlədikdən sonra Tağıyevin həyatı onu və münsifləri çox təsirləndirib. O, bu filmi Bolqar dilinə çevrildikdən sonra TV-də yayımlanması üçün məndən icazə istədi”.C.Qasımov bildirib ki, filmin çəkilməsində əsas məqsəd Hacı Zeynalabdin Tağıyevin harada olmasından asılı olmayaraq, soydaşlarının imdadına çatmasını, Azərbaycan xalqının maariflənməsi, istedadlı insanların yüksək təhsil alması, kütləvi savadsızlığın aradan qaldırılması, ölkədə iqtisadiyyatın hərtərəfli inkişafının təmin olunması, habelə milli kadrların hazırlanması üçün zəruri tarixi missiyanı yerinə yetirdiyini geniş işıqlandırmaqdır.

Qeyd edək ki, Hacı Zeynalabdin Tağıyev barədə çəkilən bu film artıq Avropadan və ABŞ-dan 19 mükafat alıb.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər