Logotype

1933-cü ildən çıxır

Xəbərlər

18.06.2023

Çempionatın qalibi polis oldu

Bu günlərdə Bakıda idmanın streetlinftinq növü üzrə keçirilən Respublika çempionatına yekun vurulub. DİN-nin Baş Mühafizəsi İdarəsi Göygöl Rayonlararası mühafizə bölməsinin əməkdaşı, polis serjantı Bəhruz Ələkbərov +100 kiloqram çəkidə yarışın qalibi olub.

İdmançımız turnik növündə belindən asılan 50 kiloqramın öhdəsindən layiqincə gəlib. Bununla da o, 8 rəqibini geridə qoyaraq fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Həmkarımız daha öncə də Azərbaycan çempionatlarında yüksək nəticələr əldə edib. O, pauerliftinq üzrə 7, stronqman üzrə 5 qat ölkə birincisidir.
Qeyd edək ki, polis serjantı B.Ələkbərov 2009-cu ildən daxili işlər orqanlarında xidmətdədir.

Eşqin Qasımov,
polis kapitanı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər