Logotype

1933-cü ildən nəşr olunur

Xəbərlər

08.06.2023

Gəncliyimizi - gələcəyimizi qoruyuruq

Paytaxt və bölgələrdə polis əməkdaşları gəncləri zərərli vərdişlərdən, xüsusilə narkomaniyadan qorumaq məqsədilə maarifləndirici görüşləri davam etdirirlər.
Növbəti belə tədbir Səbail Rayon Polis İdarəsinin təşkilatçılığı ilə 6, 51, 203 və 236 nömrəli tam orta məktəblərdə keçirilib. Görüşlərdə çıxış edən RPŞ-nin əməkdaşları narkomaniyanın cəmiyyət üçün yaratdığı problemlərdən, insan sağlamlığına ziyanından danışıblar. Həmkarlarımız narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində həyata keçirilən uğurlu əməliyyat-axtarış tədbirlərini diqqətə çatdırıb, həmçinin, narkotiklərin satışı, alışı və istifadəsi ilə məşğul olanların məsuliyyətə cəlb olunmaları üçün birgə səylərin vacibliyini önə çəkiblər.

Mingəçevir şəhər 1 saylı orta məktəbdə şagirdlər, valideynlər, eləcə də pedaqoji heyət qarşısında çıxış edən ŞPŞ-nin rəisi, polis polkovniki Ədalət Əliyev narkotik vasitələrin, psixotrop maddələrin, o cümlədən onların prekursorlarının yaratdığı fəsadlarla yanaşı, narkomaniyanın mənəvi və əxlaqi dəyərlərə ciddi zərbə vurduğunu bildirib. O, sağlam gəncliyin və etibarlı gələcəyin qurulması baxımından belə maarifləndirici görüşlərin davamlı təşkilinin zəruriliyindən də bəhs edib.

Antinarkotik təbliğatı çərçivəsində Lerik rayon Heydər Əliyev Mərkəzində Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə "Gələcəyimizi sağlam gənclərlə quraq!" mövzusunda keçirilən maarifləndirici tədbirdə polis əməkdaşları, məktəbin müəllim və yuxarı sinif şagirdləri, eləcə də valideynlər iştirak ediblər.
Görüşdə çıxış edən RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Müşviq Eyvazov və digər çıxışçılar bəşəriyyətin ən ağrılı problemlərindən olan, cəmiyyətin ciddi bəlasına, milli-mənəvi təhlükə mənbəyinə çevrilən narkomaniyanın dinindən, irqindən, milliyətindən, sosial vəziyyətindən asılı olmayaraq hamı üçün eyni dərəcəli təhlükə olduğunu diqqətə çatdırıblar.

Görüşdə həmçinin, erkən nikah mövzusuna da toxunulub, yeniyetmə vaxtlarında qızların ailə qurmasının onların sağlamlığı üçün ciddi təhlükə törətdiyi qeyd edilib.
Tədbirlərin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb, narkomaniyanın fəsadlarından bəhs edən sosial çarxlar nümayiş etdirilib.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər