Logotype

1933-cü ildən çıxır

Xəbərlər

06.06.2023

Polis peşəsindən danışdılar...

Binəqədi rayonunda Rayon Gənclər Evinin “Peşə sirləri” layihəsi çərçivəsində gənclərlə polis əməkdaşlarının görüşü təşkil olunub.
Tədbirə dəvət olunan Bakı şəhər BPİ-nin baş inspektoru, polis polkovnik-leytenantı Kəmalə Ələkbərova və Bakı şəhər BPİ DYPİ-nin inspektoru, polis kapitanı Pərvanə Muradova polis peşəsinin xüsusiyyətləri barədə iştirakçılara məlumat veriblər.

Polis olmaq istəyən hər bir sağlam, vətənpərvər, bilikli gəncin daxili işlər orqanlarının sıralarına qoşulmaq imkanından bəhs edən həmkarlarımız polisin şanlı tarixindən, cinayətkarlığa qarşı əldə edilən nailiyyətlərindən danışıblar. Qadın polislərin cinayətkarlıqla mübarizədəki rollarına da xüsusilə toxunulub.

Görüş zamanı həmçinin, erkən nikah, uşaq əməyinin istismarı və uşaqlara qarşı zorakılıq halları ilə bağlı polisin qətiyyətli mübarizəsinə diqqət çəkilib, suallar cavablandırılıb.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər