Logotype

1933-cü ildən çıxır

Xəbərlər

28.05.2023

Əlbəyaxa döyüş üzrə seminar

DİN-in Polis Akademiyasında “Əl və ayaq zərbələrinin təkmilləşdirilməsi” mövzusunda şərq əlbəyaxa döyüş idman növü üzrə seminar təşkil edilib.
Seminardə Akademiyanın komandir heyəti və kursantlar iştirak edib.

Kursantlar arasında fiziki hazırlıq səviyyəsinin, sağlam həyat təzinin, eyni zamanda idmana motivasiyanın artırılması məqsədilə təşkil edilən məşğələyə təlimatçı qismində “Karatenin qara brilliantı”, 5 qat dünya, 11 qat Avropa çempionu, Tokio-2020 Olimpiya oyunlarının gümüş mükafatçısı, ABŞ-da keçirilən Karate Combat turnirinin qalibi Rafael Ağayev dəvət edilib.

Akademiyanın fiziki hazırlıq kafedrasının müəllimi, polis baş leytenantı Hikmət Alışovun qəzetimizə verdiyi məlumata görə, R.Ağayev seminar prosesində kursantlara əl və ayaq ilə vurulan zərbələrinin qarşısını almaq, özünü düzgün qorumaq təcrübəsini bölüşüb.

Seminarda II və III kursun kursantları Orxan Rəcəbli, Azər Tapdıqlı və Malik Həsənov R.Ağayevin diqqətini çəkib, gələcəkdə onların karate üzrə keçiriləcək yarışlara dəvət olunacağı qeyd olunub.

Sonda Akademiya rəisinin xidmət üzrə müavini, polis polkovniki İlyas İsayev və karatenin canlı əfsanəsi Rafael Ağayev tərəfindən seminar məşğələdə iştirak edən kursantlara diplomlar təqdim edilib.

Ruslan Vəliyev,
polis baş leytenantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər