Logotype

1933-cü ildən çıxır

Xəbərlər

21.05.2023

Medallar təqdim olunub

Mayın 23-də Nəsimi Rayon Polis İdarəsində Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib. İdarə rəisi, polis polkovniki Mirnemət Mirbabayev Nazirlər Kabinetinin müvafiq sərəncamları əsasında “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuş Rayon Polis İdarəsinin Post-Patrul Xidməti Bölüyünün polis nəfərləri, polis kiçik serjantları Elnur Bayramlıya və Lazım Lazımlıya medal dəstini təqdim edib. Dövlət təltiflərinin ali dərəcəli mükafat olduğunu və bu adı daşımağın böyük məsuliyyət tələb etdiyini bildirən M.Mirbabayev onlara xidməti vəzifələrin icrasında daima qanunun aliliyini rəhbər tutmalarını, ictimai asayişin, eləcə də təhlükəsizliyin təmin olunmasında əzmkarlıq nümayiş etdirmələrini tövsiyə edib.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər