Logotype

1933-cü ildən çıxır

Xəbərlər

17.05.2023

“Ərgünəşin ər oğulları” onun yadigarıdır...

Torpaqlarımıza düşmən təcavüzü başlayanda ərazi bütövlüyümüzü qorumaqdan ötrü yüzlərlə polis əməkdaşı kimi döyüşə atılanlardan biri də Asif Məmməd oğlu Məmmədov olub.

Xalqımızın sınağa çəkildiyi ağır, məşəqqətli illərdə o, Füzuli Rayon Polis Şöbəsinin Post-Patrul Xidməti Bölüyünün komandiri, 1995-ci ildən isə Şəxsi heyətlə iş üzrə rəis müavini vəzifəsində xidmət edib. Azərbaycanın Milli Qəhrəmanları - Pəhlivan Fərzəliyevin və Nazim Quliyevin komandiri olan Asif Məmmədov Füzuli rayonunun Horadiz qəsəbəsinin və 23 kəndin işğaldan azad olunmasında həmkarları ilə birgə şücaətlər göstərib, düşmənə qan utdurub.

Qeyd edək ki, Asif Məmmədov 1954-cü ildə Füzuli rayonunun Kürdmahmudlu kəndində müəllim ailəsində doğulub. O, Azərbaycan Dövlət Pedaqoji İnstitutunda, daha sonra Polis Akademiyasında təhsil alıb. Sahə inspektoru kimi xidmətə başlayıb və Şəxsi heyətlə iş üzrə rəis köməkçisi vəzifəsinədək yüksəlib. Həmkarımız 2010-cu ildə xidmətdə olmanın son yaş həddi ilə təqaüdə çıxıb, 2022-ci ildə isə dünyasını dəyişib.

O, Füzuli polisinin keçdiyi döyüş yolu haqqında 2003-cü ildə dərc edilən “Ərgünəşin ər oğulları” adlı kitabın redaktoru olub.
Vətənpərvərlik estafetini və onun xidmət yolunu bu gün oğlu davam etdirir. Yasamal RPİ 29-cu Polis Şöbəsinin təhqiqatçısı, polis kapitanı Azər Məmmədzadə xatirələrini bölüşərkən qeyd etdi ki, torpaqlarımızın işğaldan azad edilməsi atasının ən böyük arzusu idi, o da həyata keçdi.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər