Logotype

1933-cü ildən çıxır

Xəbərlər

14.05.2023

“Bu günün hüququ, sabahın hüquqşünası” Konfrans ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub

Bu günlərdə Azərbaycan Respublikasının Ali Məhkəməsi və ADA Universitetinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Bu günün hüququ, sabahın hüquqşünası” mövzusunda keçirilən konfransda DİN-in Polis Akademiyasının kursantları da iştirak edib.

ADA Universitetinin prorektoru Fariz İsmayılzadə konfransı açıq elan edərək ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının gələcəyinə istiqamətlənmiş strategiyasında təhsil sahəsinin inkişaf etdirilməsinin prioritet istiqamətlərdən biri olduğunu diqqətə çatdırıb.

Qeyd olunub ki, təhsilə həyatımızın ən gərəkli, ən mühüm sahəsi kimi diqqət yetirən ulu öndər onun milli məqsədlərə, mənafelərə xidmət etməsinə çalışıb, bir sözlə, təhsil siyasətinə dövlətçiliyin təməl prinsiplərindən biri kimi yanaşıb.
Sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri İnam Kərimovun, Milli Məclis sədrinin birinci müavini Əli Hüseynlinin, Milli Məclisin deputatı Kamal Cəfərovun, ADA Universiteti Hüquq fakültəsinin dekanı Rəşad İbadovun konfransın mövzusunu özündə ehtiva edən çıxışları dinlənilib.

Daha sonra Bakı Dövlət Universitetinin, ADA Universitetinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Milli Aviasiya Akademiyasının, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri müxtəlif mövzular üzrə çıxış ediblər.

DİN-in Polis Akademiyasının 4-cü kurs kursantı Turqut Süleymanlının “Təhlükəsiz cəmiyyəti necə görürəm” mövzusunda təqdimatı isə iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər