Logotype

1933-cü ildən çıxır

Xəbərlər

11.05.2023

DİN İdman Cəmiyyətinin növbəti uğuru

Bu günlərdə Müdafiə Nazirliyi, Milli Məclisin Gənclər və idman komitəsi və Azərbaycan Kikboksinq Federasiyasının birgə təşkilatçılığı ilə Heydər Əliyev adına Hərbi İnstitutun stadionunda ulu öndərin 100 illiyinə həsr olunmuş kikboksinq üzrə “Heydər Əliyev Kuboku” yarışlarına start verilib.

Turnirdə paytaxtda və bölgələrdə fəaliyyət göstərən, 40-dan çox klubu təmsil edən 600-dən çox idmançı gücünü sınayıb.
Kubok uğrunda mübarizə aparan Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin yetirmələri ümumilikdə 55, onlardan 25 qızıl, 14 gümüş, 16 bürünc medal qazanaraq Komanda Kubokunu əldə edib.

İdman tədbiri ilə bağlı qəzetimizə məlumat verən BMİ-nin Azərbaycan Televiziyası və Radio verilişləri QSC-nin mühafizəsi üzrə mühafizə şöbəsinin əməkdaşı, polis baş serjantı Hikmət Hacıyev ölkənin ən güclü idmançılarının iştirak etdiyi yarışda kimin qalib gəlməsindən asılı olmayaraq, bunun Azərbaycan idmanının uğuru olduğunu, gənclərin savadlı, güclü və vətənpərvər yetişməsi üçün ulu öndər tərəfindən əsası qoyulan idman siyasətinin ölkəmizə həm yerli, həm də beynəlxalq yarışlarda bundan sonra da qalibiyyət bəxş edəcəyini bildirib.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər