Logotype

1933-cü ildən çıxır

Xəbərlər

07.05.2023

İllərin sınağından keçənlər

Daxili işlər orqanlarında xidmət etmiş İkinci Dünya Müharibəsinin iştirakçıları ziyarət edilib.

DİN Şəxsi Heyətlə İş İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Firdovsi Nəsirov və xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektor, polis polkovnik-leytenantı Tural Qəniyev müharibə veteranlarına evlərində baş çəkiblər.

Faşizm üzərində qələbənin 78-ci ildönümü münasibətilə DİN rəhbərliyinin təbriklərini Səfər Abdullayev və Əzim İbrahimova çatdıran polis əməkdaşları gənc əməkdaşların milli vətənpərvərlik ruhunda tərbiyə olunmasında, onlara xidmətə, dövlətçiliyə sədaqət hisslərinin aşılanmasında veteranlarımızın örnək olduqlarını bildiriblər.

Müharibə veteranları həyatlarında dərin iz qoymuş keçdikləri döyüş yolları və daxili işlər orqanlarında xidmət etdikləri illərlə bağlı xatirələrini bölüşüblər, eyni zamanda, onlara göstərilən yüksək diqqət və qayğıya, maddi-mənəvi dəstəyə görə Daxili İşlər Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Ruslan Vəliyev,
polis baş leytenantı

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər