Logotype

1933-cü ildən çıxır

Xəbərlər

04.05.2023

Həyat əhəmiyyətli təşəbbüs

Hər bir humanist aksiyada daxili işlər orqanlarının əməkdaşları fəal iştirak edirlər. Həyat Əhəmiyyətli Obyektlərin Mühafizəsi üzrə Polis Alayının əməkdaşları da ənənəvi olaraq keçirilən “Qan ver, yaşat!” aksiyasına qoşulublar.

Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilən aksiyada Alayın 62 əməkdaşı könüllü iştirak edərək qan verib. Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun xüsusi tibb briqadasının həkim-hemotoloqları donor polis əməkdaşlarının sağlamlığını öncədən müayinə edib, onlardan qan analizi götürüblər.

Aksiyada iştirak edən polislər qan xəstəliklərindən əziyyət çəkənlər üçün könüllü qan verməyin xeyirxah əməl olduğunu bildiriblər. Onlar, qana ehtiyacı olan insanların köməyinə çatmaq üçün bu nəcib təşəbbüsdə yaxından iştirak etməyin həm də vətəndaşlıq borcu olduğunu vurğulayıblar.

Qeyd edək ki, yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlərin müalicəsində istifadə olunacaq.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər