Logotype

1933-cü ildən çıxır

Xəbərlər

02.05.2023

Gənclər yüngül atletika üzrə yarışıblar

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Sağlam bədəndə sağlam ruh” şüarı altında keçirilən, o cümlədən gənclərin Daxili İşlər Nazirliyi sistemində təhsilə, eləcə də xidmətə təşviq edilməsinə həvəsləndirilməsi məqsədilə idmanın yüngül atletika və turnikdə dartınma yarışları davam edir.
Xızı və Siyəzən rayonlarında yekunlaşan turnirlərdə ümumilikdə 100 gənc qüvvəsini sınayıb.

İştirakçılar proqramda müəyyən olunmuş hərəkətlər üzrə normativləri yerinə yetiriblər.

Qaliblər diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Yarışları İdman Cəmiyyətinin idman təşkili bölməsinin baş inspektoru, polis polkovnik-leytenantı Aydın Həşimov, fiziki hazırlıq şöbəsinin baş inspektoru, polis mayoru Elşən İbişov və Polis Akademiyasının idman kafedrasının baş müəllimi, polis baş leytenantı Məhəmməd Məmmədli idarə ediblər.

Teymur Əlizadə,
polis mayoru

Geriyə Çap et


Faydalı keçidlər
Linklər