Logotype

1933-cü ildən çıxır

Xəbərlər

29.04.2023

O, siyasi novatordur

Xətai Rayon Polis İdarəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü il dönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə RPİ-nin rəisi, polis polkovniki Vaqif Müslümov, Bakı Dövlət Universitetinin tarix fakültəsinin dosenti Boran Əziz və şəxsi heyət iştirak edib.
Əvvəlcə rayon ərazisində ulu öndərin xatirəsinə ucaldılmış abidə ziyarət olunub, önünə tər güllər düzülüb.

İnzibati binanın akt zalında davam edən tədbirdə ümummilli lider Heydər Əliyevin, respublikanın ərazi bütövlüyü uğrunda şəhid olanların, eləcə də xidməti tapşırıqları yerinə yetirərkən həlak olmuş həmkarlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimi giriş sözü ilə açan İdarə rəisi Vaqif Müslümov ulu öndər Heydər Əliyevin rəhbərliyi altında hüquq mühafizə orqanlarının respublikada tüğyan edən mütəşəkkil cinayətkarlığa, sabitlik üçün təhlükə doğuran hallara qarşı uğurlu mübarizəyə başladığını, hər cür hüquqazidd əməllərin qarşısının qətiyyətlə alındığını bildirib. Qeyd olunub ki, bu gün Azərbaycan Polisi Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə sabitliyin, ictimai asayişin və təhlükəsizliyin təminatçısı kimi xalqın inam və etibarını qazanıb.

Dosent B.Əziz ümummilli liderin Azərbaycan dövlət və dövlətçilik tarixində, eyni zamanda iqtisadiyyat, hüquq mühafizə, ədəbiyyat, incəsənət, elm sahəsindəki xidmətlərindən və işgüzar fəaliyyətindən bəhs edib: “Onu tarix yox, o, tarixin özünü yaratdı”,-deyən dosent müasir gənclik tərəfindən ulu öndərin siyasi irsinin daha dərindən öyrənilməsinin və gələcək nəsillərə ötürülməsinin vacibliyini xüsusi vurğulayıb.

Teymur Əlizadə,
polis mayoru

Geriyə Çap et


Faydalı keçidlər
Linklər