Logotype

1933-cü ildən çıxır

Xəbərlər

25.04.2023

Polis baş leytenantı beynəlxalq konfransda iştirak edib

Özbəkistan Respublikası Ali və Orta İxtisas Təhsil Nazirliyi və Acıniyazov adına Nukus Dövlət Pedaqoji İnstitutunun təşkilatçılığı ilə keçirilən “Distant təhsilin ənənəvi təhsil sisteminə inteqrasiyası” mövzusunda Üçüncü Beynəlxalq elmi-praktik konfransda DİN-in Polis Akademiyasının Dil hazırlığı kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru, polis baş leytenantı Aynur Səfərli “Özbək lətifə qəhrəmanı Nasraddin Apandi” adlı məqalə ilə çıxış edib.

Məqalədə türkdilli xalqların bir-birindən uzaq coğrafiyalarda yaşamalarına baxmayaraq eyni dildə və milli ruhda mədəni abidələr yaratmalarını tarixi hadisə adlandıran müəllif ortaq dəyərlərin qarşıya çıxan bütün əngəlləri aşdığını vurğulayıb.

Həmkarımız Molla Nəsrəddin Xocanın türk boyları arasında mədəni birliyin, həmrəyliyin simvoluna çevrilməsinə və bunun müasir dünya düzəninə təsirinə də diqqət çəkib.

Türk dövlətlərini təmsil edən 50-dən çox tədqiqatçı-alimin iştirak etdiyi konfransda məruzəçilər Özbəkistan Respublikası Ali və Orta İxtisas Təhsil Nazirliyi və Acıniyazov adına Nukus Dövlət Pedaqoji İnstitutunun sertifikatı ilə təltif olunublar.

Ruhiyyə Əliyeva,
polis kapitanı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər